"Sumqayıt" Boluda ilk məşqinə çıxıb VİDEO

14:19 - 13 İyul 2016

Bu gün daha iki məşq baş tutacaq
 
Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Klubu Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib.
 
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda dünən axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox fiziki hazırlıq üzərində çalışan komanda daha sonra qısa ötürmələr və 3 qrupa bölünərək oyunla hazırlığı yekunlaşdırıb.
 
"Sumqayıt" FK bu gün Boluda 2 məşqə çıxacaq.
 

Xəbər xətti