Ulduz futbolçunun yeni klubu məlum oldu

16:35 - 13 İyul 2016

"Slovan"la müqavilə imzalayıb

 

Çexiya milli komandasının sabiq üzvü Milan Baroşun yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, təcrübəli  forvard karyerasını ölkəsində davam etdirəcək. 35 yaşlı futbolçu Çexiyanın "Slovan" klubu ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, son olaraq "Mlada Boleslav"da çıxış edən ulduz futbolçu karyerasın ərzində "Liverpul", "Qalatasaray" kimi klubların şərəfini qoruyub.

Xəbər xətti