Futbolçular müxtəlif tapşırıqlar üzərində çalışıb
Xəbər verdiyimiz kimi, 2 həftəlik Boluya təlim-məşq toplanışına yollanan "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, "kimyaçılar" bu gün 2 məşq əsnasında günü başa vurmalıdır. Artıq səhər məşqi başa çatıb. Yerli vaxtla saat 10:30-da günün ilk məşqini keçirən "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi ilə müxtəlif tapşırıqlar üzərində çalışıb. Komanda səhər məşqində fiziki göstəricilərin artırılması, xüsusi tapşırıqlarla "kvdrat" və dəqiqələr üzrə sürət dözümlüyü əsnasında futbol oynayıb.
"Sumqayıt"ın axşam məşqi yerli vaxtla saat 18:00-da olacaq.
saytlarin hazirlanmasi