Kataloniyalılar Lukas Dini transfer edib
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Barselona" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kataloniyalılar PSJ-nin futbolçusu Lukas Dini transfer edib. Fransa milli komandasının üzvü ilə 5 illik müqavilə imzalanıb. "Barselona" 22 yaşlı sol cinah müdafiəçisinin transferi üçün Paris klubuna 20,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Barselona" Dindən öncə digər fransız müdafiəçi Samuel Umtitini də rənglərinə bağlamışdı.
saytlarin hazirlanmasi