"Sabahkı görüşə yüksək motivasiya ilə çıxacağıq"
"Neftçi" sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Makedoniya təmsilçisi "Şkendiya"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu gün "Neftçi"nin mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında "ağ-qaralar"ın kapitanı Araz Abdullayev də iştirak edib:
- "Evdə oynayırıq. Neçə vaxtdı evdə qalib gəlmirik. Sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, qalib gələk. Ən azı sərfəli nəticəylə ayrılmağa çalışacağıq. "Baltsan"la görüşdə birinci hissədə yaxşı oynasaq da, ikinci hissədə oyunu əldən verdik. Bu oyundan ən azı sərfəli nəticəylə ayrılmaq, qalib gəlmək istəyirik. Məncə, bu heyətlə də ikinci mərhələni keçmək olar. Bunun üçün də meydanda can qoymaq lazımdı. Son anadək oynamalıyıq.
- Komandada ab-hava necədi?
- Bir az çətindi. Evdə məğlub olduqdan sonra köklənmək çətindi. Yenə evdə oynayırıq. Bu oyunda qalib gəlməklə özümüzü doğrultmalıyıq. Səfərdə qalib gəlib, evdə uduzanda istər-istəməz narazılıqlar olur. "Neftçi” böyük klubdu, azarkeşlər bizdən həmişə qələbə gözləyirlər. "Baltsan”la matçdan sonra çox çətin idi, amma özümüzə gəlmişik. Sabahkı görüşə yüksək motivasiya ilə çıxacağıq.
- Hansı oyunçuların gedişi komandaya təsir etdi?
- Düşünmürəm ki, yeni gələnlər gedənlərdən zəifdi.
- Rəqibin heyətində "Şalke", "Volfsburq" kimi komandalarda oynamış futbolçular var. Səncə, komandanın şansı neçə faizdi?
- Rəqibin oyununa baxmışıq. Onlar yüksək səviyyəli klublarda oynayıbsa, bu o demək deyil ki, onlar şanslıdı.
saytlarin hazirlanmasi