"Şkendiya"nın futbolçusu: "İslandiyanın AÇ-2016-da etdiklərini təkrarlamağa çalışacağıq" MÜSAHİBƏ

19:57 - 13 İyul 2016

"Neftçi"nin təcrübəsi və büdcəsi çoxdur"
 
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, mətbuat konfransında "Şkendiya"nın vitse-kapitanı Ardian Cuculi jurnalistlərin suallarını cavablandırıb:
 
Hər kəsi salamlayıram. “Neftçi” cütün favoritidir. Şansımızı yoxlamalıyıq.
 
- “Neftçi”ni nəyə əsasən favorit hesab edirsiz?
- “Neftçi”nin təcrübəsi və büdcəsi çoxdur. Buna görə deyirəm.
 
- Cəbəllütariqin “Linkoln” klubu adlı-sanlı “Seltik”i diz çökdürdü. Bundan əlavə, İslandiya AÇ-2016-da uğurlu çıxışı ilə yadda qaldı. İndi siz bacarmyacaqsız?
- Elə biz də bunun üçün burdayıq (gülür). Ümid edirik ki, İslandiyanın AÇ-2016-da etdiklərini təkrarlamağa çalışacağıq
 
- “Neftçi”nin “Baltsan”a məğlubiyyəti sizi təəccübəlndirdi?
- Bu normal haldır. İlk oyunda “Neftçi” qələbə qazanmışdı. Bəlkə də arxayınlaşmışdılar.

Xəbər xətti