"Şkendiya" ilə oyundan sonra onun barəsində qərarımı açıqlayacağam"
"Qarabağ”ın futbolçusu Eltun Yaqublunun növbəti mövsümü icarə əsasında "Neftçi”də keçirəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Futbolçu hazırda "ağ- qaralar”ın düşərgəsində məşq etsə də, onun adı Avropa Liqası oyunları üçün UEFA-ya sifariş edilməyib.
Sportal.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Vəli Qasımov Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya” komandası ilə sabah keçiriləcək qarşılaşmadan bir gün öncə keçirdiyi mətbuat konfransında bildirib ki, futbolçu ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək:
"Eltun indi də bizimlə birgə məşq edir. Lakin onunla bağlı qərar verməmişik. "Şkendiya” ilə oyundan sonra onun barəsində qərarımı açıqlayacağam”.
saytlarin hazirlanmasi