"Rəqibimiz ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib"
"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK Budapeşt klubu ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, oyundan əvvəl MTK-nın baş məşqçisi Teodoru Vasilis fikirlərini bildirib:
"Rəqibimiz çox təhlükəli komandadır. Onların yaxşı təcrübəsi var. Azərbaycan klubları yaxşı inkişaf dövrü keçirlər. Son zamanlar tez-tez Avroliqanın qrup mərhələsində oynayırlar. Rəqibimiz ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bu, onların gücündən xəbər verir".
Teodoru Vasilis heç-heçəni MTK üçün yaxşı nəticə hesab edəcəyini bildirib:
"Biz UEFA-nın reytinq cədvəlində 363-cü pilləsində qərarlaşmışıqsa, "Qəbələ" 353-cüdür. Qələbə qazansaq, bu bizim üçün möhtəşəm olacaq. Oyun heç-heçə başa çatsa, əla nəticə sayılacaq".
saytlarin hazirlanmasi