"Admira"nın baş məşqçisi: "Öz keyfiyyətli oyunumuzla "Kəpəz"i təzyiq altında saxlamalıyıq"

12:12 - 14 İyul 2016

"Kəpəz" ilk mərhələdə yaxşı müdafiə olunduğunu sübut edib"
 
"Kəpəz" Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın "Admira Vakker" klubu ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, oyundan əvvəl "Admira Vakker"in baş məşqçisi Oliver Lederer fikirlərini bildirib:
 
"Kəpəz" ilk mərhələdə yaxşı müdafiə olunduğunu sübut edib. Digər tərəfdən onların heyətində yüksək yaradıcılıq qabiliyyəti olan cənubi amerikalı futbolçular var. Rəqibə ilk dəqiqələrdən imkan verməməliyik. Standart vəziyyətlərdə isə diqqətli olmalıyıq. Öz keyfiyyətli oyunumuzla "Kəpəz"i təzyiq altında saxlamalıyıq".

Xəbər xətti