"Qarabağ" və "Neftçi"nin sabiq futbolçuları eyni komandada FOTO

13:16 - 14 İyul 2016

Karlos Kardoso və Danilo Dias ölkələrinə döndü
 
"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, Portuqaliyanın "Madeyra" klubundan ayrılan hücumçu "Amerika" ilə müqavilə imzalayıb. Bundan əlavə, "Amerika" klubu "Traktor Sazi"dən Karlos Kardozonu da heyətinə qatıb. 2013/15-ci illərdə "Neftçi"də çıxış etmiş futbolçu Seriya A-da mübarizə aparan klubla 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Dias və Kardozonun yeni komandası olan "Amerika" Braziliya A Seriyasında 14 turdan sonra 8 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.
 

Xəbər xətti