"Sumqayıt" ərəblərlə üz-üzə gələcək

15:48 - 14 İyul 2016

Yoxlama matçı
 
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.
 
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın ilk rəqibi də müəyyənləşib. Belə ki, "Sumqayıt" FK Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da "Fənərbağça" Topuk Yaylası İdman Kompleksində keçiriləcək.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan "Al Khaleej" klubu 1945-ci ildə yaradılıb və 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.

Xəbər xətti