"Yuventus" "Bavariya"nın futbolçusunu transfer etdi

16:26 - 14 İyul 2016

Mehdi Benatianı icarəyə götürüb

 

Növbəti mövsümə hazırlaşan "Yuventus" heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin klubu "Bavariya"nın futbolçusu Mehdi Benatianı icarəyə götürüb. Mərakeş milli komandasının üzvü ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq. "Yuventus" 29 yaşlı müdafiəçini 18 milyon avro ödəyərək birdəfəlik transfer edə bilər.

 

Qeyd edək ki, 2014-cü ildən "Bavariya"da çıxış edən futbolçu Münhen klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti