Əliyar Ağayevin idarə etdiyi matçda İtaliya xal itirdi

17:32 - 14 İyul 2016

5 sarı vərəqə göstərib

 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin bir oyununu idarə edib
 
Sportal.az xəbər verir ki, həmyerlimiz çempionatın 2-ci turu çərçivəsində keçirilən İtaliya - Avstriya matçında baş hakim funksiyasını yerinə yetirib. 1:1 hesabı ilə bitən qarşılaşmada referi 5 sarı vərəqə göstərib. O, 2 dəfə İtaliya, 3 dəfə isə Avstriya millisinin üzvlərinə xəbərdarlıq edib.

Xəbər xətti