"Admira"nın baş məşqçisi: "Nəticəni qənaətbəxş hesab edirəm"

01:04 - 15 İyul 2016

"Bu üstünlüyümüzü cavab matçında da qorumalıyıq"
 
"Kəpəz" Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın "Admira Vakker" klubu ilə üz-üzə gəlib. Avstriya təmsilçisi Gəncə klubunu 1:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Admira Vakker"in baş məşqçisi Oliver Lederer qələbəni şərh edib:
 
"Nəticəni qənaətbəxş hesab edirəm. Bu üstünlüyümüzü cavab matçında da qorumalıyıq. Çoxlu hücumlar təşkil etsək də, yalnız 1 qol vurduq. Oyun keyfiyyətimiz məni razı saldı. İkinci hissədəki oyunumuzdan çox razı qaldım. Yaxşı performans nümayiş etdirdik. Bütün diqqətimizi cavab matçında cəmləmişik".
 
Qeyd edək ki, bu komandaların cavab oyunu iyulun 20-də keçiriləcək.

Xəbər xətti