"Cütün taleyi Bakıda həll olunacaq"
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən MTK – “Qəbələ” matçından (1:2) sonra MAcarıstan klubunun baş məşqçisi Teodoru Vasilis fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Budapeşt təmsilçisinin açlışdırıcısı nəticəni ədalətli hesab etməyib:
"Çox yaxşı oyun keçirdik. "Aktobe" ilə matçda belə oyun sərgiləməmişdik, amma turu keçmişdik. Bu oyunda penaltini dəyərləndirə bilsəydik, qarşılaşmanın nəticəsi belə olmazdı. Oyunun nəticəsi ədalətli olmadı. Cavab matçında mərhələni keçmək üçün çalışacağıq. Cütün taleyi Bakıda həll olunacaq".
saytlarin hazirlanmasi