"Viktoriya"nın baş məşqçisi: "Biz uğurlu olmaq üçün çalışacağıq"

17:11 - 15 İyul 2016

"Mən şəxsən həmin matçı canlı izləmək istərdim"

 

"Qarabağ" "Düdelanj" səddini keçəcəyi təqdirdə Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki. Çexiya klubunun baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına püşkü dəyərləndirib: "Potensial rəqiblər arasından seçim edə bilməzdik. Biz uğurlu olmaq üçün çalışacağıq. Gələn həftə bu iki komanda Lüksemburqda revanş matçında üz-üzə gələcək. Mən şəxsən həmin matçı canlı izləmək istərdim. Şübhəsiz ki, rəqib haqda bir çox məlumatlar toplaya bilərik".

 

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a Bakıda keçirilən matçda 2 - 0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab matçı iyulun 20-də Lüksemburqda baş tutacaq.

Xəbər xətti