"Slovan"ın baş məşqçisi "Kəpəz"lə qarşılaşmaq istəmir

01:57 - 16 İyul 2016

"Hər iki komanda çətin rəqibdir"
 
Xəbər verdiyimiz kimi, Avropa Liqasının II təsnifat mərhələsində "Kəpəz" - "Admira" cütünün qalibi Çexiyanın "Slovan" klubu ilə qarşıalaşcaq.
 
Sportal.az xəbər verir ki, "Slovan"ın baş məşqçisi Henrix Trpişovski püşkü dəyərləndirib:
 
"Hər iki komanda çətin rəqibdir. Azərbaycan futbolu mənim üçün həmişə qeyri-müəyyən olub. Ona görə də istəyirəm ki, "Admira" ilə qarşılaşaq. Avstriya bizə yaxın ölkədir. Azərbaycan üçün uzun yol getməli olacağıq. Avstriya klubunu daha yaxşı tanıyıram. "Admira" ilk oyunda qalib gəlib və şansları yüksəkdir. Amma cavab matçında hər şey ola bilər".
 
Qeyd edək ki, "Kəpəz" - "Admira" cütünün cavab matçı iyulun 20-də keçiriləcək.

Xəbər xətti