"Makedoniya klubu ilə düşməyimiz yaxşıdı"
“Bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Bu mərhələdə istənilən komandaya qalib gəlmək iddiasındayıq”.
Sportal.az xəbər verir ki, bu sözləri Çexiyanın “Mlada Boleslav” klubunun kapitanı Lukaş Magera deyib.
33 yaşlı hücumçu Avropa Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirib.
Bakının “Neftçi” və Makedoniyanın “Şkendiya” klubları arasında oyunun qalibi ilə qarşılaşacaq çexiyalıların futbolçusu potensial rəqibləri arasında ciddi fərq görmür. Magera yalnız səfərin uzaqlığında ehtiyatlanır:
“Növbəti raunda yüksəlmək istəyirik və bunu gerçəkləşdirməyə çalışacağıq. Bu üzdən “Neftçi” və ya “Şkendiya” ilə görüşməyin ciddi fərqi yoxdu. Yalnız səfər görüşünün keçiriləcəyi yer baxımından rəqibləri fərqləndirə bilərəm. Bu baxımdan Makedoniya klubu ilə düşməyimiz yaxşıdı. Xəzər dənizi sahilinə uzun səfər isə heç də arzulanan deyil”.
Qeyd edək ki, “Neftçi” “Şkendiya” səddini adlasa, “Mlada Boleslav”la ilk oyununu iyulun 28-də, cavab matçını avqustun 4-də keçirəcək. İlk qarşılaşma Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi