"Lill"i yaxından tanıyaq
Avroliqanın 3-cü təsnifat mərhələsinin püşkü atılıb. "Qafqazinfo" xəbər verir ki, "Qəbələ" MTK səddini keçərsə, Fransa təmsilçisi "Lill"ə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, 1944-cü ildə yaradılan bu klub Lill şəhərini təmsil edir. Klu "Olimpik" (Lill) və "Fiv" klublarının birləşməsindən yaranıb. Oyunlarının "Stad Pyer Morua" arenasında keçirir. Bu stadionun tutumu 50 min 186 nəfərdir. Klubun ləqəbi "xəncərlər"dir.
Komanda 3 dəfə Fransa çempionu olub. 6 dəfə ölkə kubokuna sahib çıxıb. Ötən mövsümü 5-ci yerdə tamamlayıb.
"Lill"in baş məşqçisi fransalı Frederik Antonellidir. Komandada əsasən yerli oyunçular çıxış edir. Bir neçə legionerləri də var. Hazırda heyətdəki ən güclü və məşhur futbolçusu 2016-cı il Avropa çempionu və Portuqaliyaya qızıl medalları qazandıran Ederdir.
"Lill" avrokuboklarda böyük təcrübəyə malikdir. Ümumilikdə 102 dəfə qitəmiqyaslı turnirlərdə çıxış edən komanda 39 qələbə qazanıb, 33 heç-heçə edib və 30 dəfə uduzub.
Qeyd edək ki, “Qəbələ” MTK səddini keçsə, “Lill”lə ilk oyunu iyulun 28-də Fransada, cavab görüşünu isə avqustun 4-də Bakıda keçirəcək.
saytlarin hazirlanmasi