"Sumqayıt"ın 2-ci rəqibi məlum oldu

15:24 - 16 İyul 2016

"Suqmayıt" Gürcüstan təmsilçisi ilə qarşılaşacaq
 
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt”ın 2-ci yoxlama görüşündəki rəqibinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi Gürüstanın "Torpedo” klubu ilə qarşılaşacaq. Kutaisi şəhərinin komandası ilə görüşün iyulun 18-də keçiriləcəyi gözlənilir. 
 
Qeyd edək ki, "Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Səudiyyə Ərəbistanının "Al Khaleej" komandasına 1:3 hesabı ilə uduzub.

Xəbər xətti