Gökdəniz Qaradəniz azərbaycanlı futbolçunun "Trabzonspor"da uğur qazanacağına inanır FOTO

17:33 - 16 İyul 2016

"Ramil gənc və prspektivli futbolçudu"

 

Türkiyə millisinin sabiq üzvü, hazırda karyerasını Rusiyanın "Rubin” klubunda davam etdirən Gökdəniz Qaradəniz "Zenit”dən ayrılan futbolçu Ramil Şeydayevin Türkiyənin "Trbazonspor” komandasına keçidinə münasibət bildirib. 
 
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu məsələ haqqında şəxsi "twitter” səhifəsində söz açıb. Qaradəniz əslən Azərbaycandan olan hücumçunun "Trabzonspor”da uğur qazanacağına inandığını bildirib: 
 
"Ramil gənc və prspektivli futbolçudu.O, uzun müddət "Trabzonspor”a xidmət edəcəkdir. Hər iki tərəf üçün xeyirli olsun”. 
 
Qeyd edək ki, hazırda AFFA ilə danışıqlar aparan və milli komandamızda oynamağa razılıq verən 20 yaşlı hücumçu Trabzon təmsilçisiylə 4 illik müqavilə imzalayıb.
 

Xəbər xətti