İspaniya klubu Franko Vaskesi transfer edib
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Palermo"nun futbolçusu Franko Vaskesi transfer edib. Argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. "Seviliya" 27 yaşlı yarımmüdafiəçinin transferi üçün İtaliya klubuna 15 milyon avro ödəyəcək.
saytlarin hazirlanmasi