Məhdudiyyət götürülüb
2 mövsüm əvvəl Avropa Liqasının qrup mərhələsinin Qarabağ - İnter (0:0) matçından sonra UEFA Avropa Liqasının rəsmi "facebook" hesabına azərbaycanlı azarkeşlər çoxsaylı etirazlar etmişdilər. Həmin etirazlardan sonra Avropa Liqasının rəsmi səhifəsinə Azərbaycandan girişə məhdudiyyət qoyulmuşdu.
Sportal.az xəbər verir ki, Avropa Liqasının rəsmi "facebook" səhifəsinə artıq Azərbaycandan giriş etmək mümkündür. UEFA uzun müddətdən sonra Azərbaycanı "qara siyahı"dan çıxarıb.
saytlarin hazirlanmasi