Qalib penaltilər seriyaında müəyyənləşdi
	 
	Ukrayna superkubokunun qalibi müəyyənləşib.
	 
	Sportal.az xəbər verir ki, həlledici matçda "Dinamo" Kiyev və "Şaxtyor" Donetsk üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə "Dinamo" Kiyevin futbolçuları daha dəqiq oynayaraq superkuboku qazanıb.
	 
	Qeyd edək ki, "Dinamo" Kiyev 6-cı dəfə bu uğura nail olub. "Şaxtyor" Donetsk isə superkuboku 7 dəfə qazanıb.
	 
	"Dinamo" Kiyev 1 - 1 "Şaxtyor" Donetsk
	QOLLAR: Vida, 79 - Fred, 58
	 
	
                      
saytlarin hazirlanmasi