İbrahimlə müqavilə imzalanacaq
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt”ın düşərgəsində yeni futbolçuların baxışdan keçirildiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, baxışda olan futbolçulardan olan "Traktor Sazi"nin 22 yaşlı hücumameyilli oyunçusu İbrahim Abdunicat məşqçilər korpusunun etimadını qazana bilib. "Kimyaçılar"ın baş məşqçisi Samir Abasov futbolçunun çxışından razıdır.
"Sumqayıt" cənubi azərbaycanlı futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Abdunicat artıq komanda ilə ilk oyununu keçirib. O, Səudiyyə Ərəbistanının "Al Khaalej” komandası ilə yoxlama görüşündə (1:3) iştirak edib və "Sumqayıt”ın yeganə qolunun müəllifi olub.
saytlarin hazirlanmasi