"Sumqayıt" "Adana Dəmirspor"la qarşılaşacaq

00:53 - 18 İyul 2016

Yoxlama matçı
 
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu sabah qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi "Adana Dəmirspor" olacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.
 
Qeyd edək ki, "Adana Dəmirspor" 2015/2016 mövsümünü PTT 1-ci liqada 4-cü pillədə tamamlayaraq Superliqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb. Adana təmsilçisi bu mərhələdə iki oyunun nəticəsinə görə "Elazığspor"dan üstün olub finala yüksəlsə də, həlledici görüşdə penaltilər sonrası "Alanyaspor"a məğlub olmaqla Superliqaya yüksəlmək şansını itirib. Daha bir maraqlı fakt isə "Adana Dəmirspor"un hücumçusu Mikael Pote 2015/2016 mövsümündə 23 qol vurmaqla 1-ci liqanın bombardiri olub.
 
Xatırladaq ki, "Sumqayıt" FK Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej"ə 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti