"Kəpəz"in oyunu ruslara tapşırıldı

01:00 - 18 İyul 2016

Oyunu Vitali Meşkov idarə edəcək
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Kəpəz" – "Admira Vakker" oyununu idarə edəcək hakimlər briqadası bəlli olub. 
 
Sportal.az xəbər verir ki, qarşılaşma Rusiyadan olan hakimlər briqadasına həvalə edilib.
 
Baş hakim: Vitali Meşkov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
4-cü hakim: Mixail Vilkov (hamısı Rusiya)
Hakim-inspektor: Mehmet Murad (Türkiyə)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
 
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 20-də keçiriləcək.
 
Xatırladaq ki, ilk qarşılaşmada "Admira Vakker" "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti