"Neftçi"nin oyunu belçikalılara həvalə olundu

09:09 - 18 İyul 2016

"Şkendiya" ilə cavab qarşılaşması
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Şkendiya" - "Neftçi" oyununu idarə edəcək hakimlər briqadası bəlli olub.
 
Sportal.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.
 
Baş hakim: Erik Lambrext
Yan xətt hakimləri: Karel De Roker, Jo De Vayr
4-cü hakim: Frederik Qeldolf (hamısı Belçika)
Hakim-inspektor: Nikola Qriqoresku (Rumıniya)
UEFA nümayəndəsi: Kreyford Uilson (Şimali İrlandiya)
 
Qeyd edək ki, sözügedən oyun iyulun 21-də keçiriləcək.
 
Xatırladaq ki, ilk qarşılaşmada "Neftçi" doğma meydanda "Şkendiya" ilə 0:0 hesablı heç-heçə edib.

Xəbər xətti