Deputat oğlu klublarımızın matçını ilk dəfə idarə edəcək

11:11 - 18 İyul 2016

Mete Kalkavan "Qəbələ"nin matçını idarə edəcək
 
Xəbər veridyimiz kimi, "Qəbələ" - MTk matçını türkiyəli FİFA referisi Mete Kalkavan idarə edəcək.
 
Sportal.az xəbər verir ki, Kalkavanın atası Əhməd Kalkavan CHP-nin millət vəkilidir. 36 yaşlı hakim klublarımızın matçını idarə etməyib. FİFA referisi Beynəlxalq arenada 16 oyun idarə edib.
 
Qeyd edək ki, sözügedən oyun iyulun 21-də keçiriləcək.
 
Xatırladaq ki, ilk qarşılaşmada "Qəbələ" səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti