Avropa çempionatı
19 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb.
Sportal.az xəbər verir ki, turnirdə iştirak edən azərbaycanlı hakim Əliyar Ağayev son turda növbəti oyununu idarə edib.
FIFA referimiz B qrupunda baş tutan İngiltərə - Xorvatiya matçında ədaləti qoruyub. Qarşılaşma İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Əliyar Ağayev bu matçda Xorvatiyanın iki futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
saytlarin hazirlanmasi