Nfor "Bişot"la anlaşıb
"Neftçi”nin sabiq futbolçusu Ernest Nfor karyerasını Belçikada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Neftçi”dən ayrıldıqdan Səudiyyə Ərəbistanının "Əl Vehda”klubuna keçən hücumçu bu komandadan ayrılıb.
30 yaşlı kamerunlu hücumçu bundan sonra Belçikada çıxış edəcək. Daha öncə "Genk”, "Kortyik”, "Sülte Varegam” kimi komandalarda oynamış Nfor III Liqada mübarizə aparan "Bişot” komandasıyla anlaşıb.
Qeyd edək ki, Nfor 2013-15-ci illərdə "Neftçi”nin şərəfini qoruyan Kamerun millisinin sabiq üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 48 oyunda 21 qol vurmağa nail olub.
saytlarin hazirlanmasi