Sanko Dənizli klubu ilə 2 illik müqavilə imzalayacaq
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alfred Sanko komandasını dəyişib.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PTT I Liqasında mübarizə aparan "Balıkesirspor"da çıxış edən futbolçu karyerasını "Dənizlispor"da davam etdirəcək. Sierra Lionlu futbolçu Dənizli təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 2014/2015-ci il mövsümündə "Xəzər Lənkəran"da çıxış etmiş 27 yaşlı dayaq yarımmüdafiəçisi cənub təmsilçisinin heyətində meydana çıxdığı 25 matçda 2 dəfə fərqlənib.
saytlarin hazirlanmasi