"Hava şəraiti "Kəpəz" üçün üstünlük ola bilər"
"Kəpəz"lə oyuna ciddi yanaşırıq. Rəqibimizin zəif komanda olmadığını bilirik".
Sportal.az xəbər verir ki, bu fikirlər "Admira" Vakkerin futbolçusu Ştefan Çvirşiçə aiddir.
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kəpəz"lə qarşılaşacaq Avstriya klubunun futbolçusu matçdan öncə keçirilən mətbuat konfransın jurnalistlərin suallarını cavablandırıb. Çvirşiç növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib: "Kəpəz" evdə fərqli oyun göstərəcək. Məşqçimiz dediyi kimi, top saxlamağa çalışacağıq. Bakıdakı isti hava şəraiti "Kəpəz" üçün üstünlük ola bilər. Amma bunu bəhanə edə bilmərik. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Kəpəz" – "Admira" matçı sabah saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi