Dieqo Ribasla yollar ayrıldı
Türkiyənin "Fənərbağça" klubunda növbəti ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçisi Dieqo Ribasla olan müqaviləni qarşılıqlı razılq əsasında xitam verib. 31 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Dieqo "Flamenqo" klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Dieqo Ribas karyerası ərzində "Santos", "Portu", "Verder", "Yuventus", "Volfsburq", "Atletiko" Madrid və "Fənərbağça" klublarında çıxış edib. O, Braziliya yığmasında 33 oyun keçirib və 4 qol vurub.
saytlarin hazirlanmasi