"Qarabağ" və "Kəpəz"in oyunlarına necə baxaq? AFİŞA

11:00 - 20 İyul 2016

Cavab matçları
 
Bu gün ölkəmizi avropkuboklarda təmsil edən "Kəpəz" və "Qarabağ" cavab matçlarını keçirəcək.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasında mübarizə aparan "Kəpəz" doğma meydanında Avstriyanın "Admira Vakker" klubunu qəbul edəcək. Qarşılaşma 20:00-dan etibarən "CBC Sport" kanalından canlı yayımlanacaq.
 
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Lüksemburqun "Düdelanj" klubu ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma 20:00-dan etibarən Ağdam təmsilçisinin rəsmi "Youtube" kanalından canlı yayımlanacaq.
 
20:00. "Kəpəz" (Azərbaycan) - "Admira" (Avstriya) - CBC Sport
20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - "Qarabağ"ın "Youtube" kanalı

Xəbər xətti