"Qarabağ"ın rəqibi heç-heçə etdi

11:41 - 20 İyul 2016

Yoxlama matçı
 
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Düdelanj" - "Qarabağ" cütünün qalibi ilə üz-üzə gələcək "Viktoriya" Plzen yoxlama matçı keçirib.
 
Sportal.az xəbər verir ki, Çexiya təmsilçisi Rusiyanın "Lokomotiv" klubu ilə qarşılaşıb. Sözügedən oyunda hesab açılmayıb 0:0.
 
Xatırladaq ki, "Viktoriya" Plzen ilk yoxlama matçında türkiyənin "Başakşəhər" klubunu 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti