"Şkendiya"nın baş məşqçisi: "Bu matç Makedoniya futbolu üçün çox əhəmiyyətlidi"

15:15 - 20 İyul 2016

"lk qarşılaşmada oyuna nəzarət edən tərəf biz olmuşuq"
 
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Neftçi"ni qəbul edəcək "Şkendiya"nın (ilk oyun 0:0 bitib) baş məşqçisi Bruno Akrapoviçin mətbuat konfransı keçirilib.
 
Sportal.az Makedoniya mətbuatına istinadən xəbər verir ki, "Şkendiya" kubunun baş məşqçisi mətbuat konfransında bunları deyib:
 
"İlk oyunda sərfəli nəticə əldə etmişik. Ancaq qonaqların vurduğu 1 qol planlarımızı alt-üst edə bilər. Buna imkan verməməliyik. Bu matç Makedoniya futbolu üçün çox əhəmiyyətlidir. Hər şey özümüzdən aslıdır. Bu fürsətdən maksimum istifadə etməliyik. Bir çox planlarım var. Hətta penaltilərə də hazırıq. İlk qarşılaşmada oyuna nəzarət edən tərəf biz olmuşuq. Ona görə də, heyətimizdə dəyişiklik olmayacaq".

Xəbər xətti