5 illik müqavilə
"Atletiko" Madrid heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Benfika"dan Nikolas Qaytanı transfer edib. Argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçinin transferi üçün Madrid klubu portuqaliyalılara 25 milyon avro ödəyib.
Qeyd edək ki, 2010-cu ildən "Benfika"da çıxış edən Qaytan, Lissabon klubunun heyətində meydana çıxdığı 152 matçda 25 dəfə fərqlənib.
saytlarin hazirlanmasi