Tural Əsədov "Səbail"in Müşahidə Şurasında
Yeni yaradılan və növbəti mövsümdən I Divizionda mübarizə aparacaq "Səbail" klubunda maraqlı təyinat gerçəkləşib.
Sportal.az xəbər verir ki, klubun Müşahidə Şurasına seçilən üzvlərdən biri aktyor, şoumen, teleaparıcı olub.
Söhbət Tural Əsədovdan gedir. Daha çox Space TV-də aparıcılıq edən, eyni zamanda günəbaxan tumlarının reklamına çəkilən Turalın futbol klubuna təyinatı maraq doğurmaya bilməz. Onun kim tərəfindən bu posta təyin olunması, ümumiyyətlə, futbol klubuna cəlb olunması çoxları üçün sual olaraq qalır. Hər halda, düşünürük ki, futbolda futbol adamlarının işləməsi daha doğru olardı.
Qeyd edək ki, Turaldan öncə başqa bir tanınmış aktyor və şoumen Bəhram Bağırzadə də "Neftçi"nin Müşahdə Şurasına üzv seçilmişdi. (Rekord.az)
saytlarin hazirlanmasi