Neqredo Premyer Liqa klubunda FOTO

18:33 - 20 İyul 2016

"Mildzbro"da çıxış edəcək

 

Növbəti mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq "Midlsbro" heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi "Valensiya"dan Alvaro Neqredonu transfer edib. İspaniyalı forvardla müqavilə imzalanıb. Sözləşməyə əsasən 30 yaşlı hücumçu icarə əsasında 1 il müddətində "Midlsbro"nun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Neqredo son mövsümdə "Valensiya" forması ilə meydana çıxdığı 15 matçda 4 dəfə fərqlənməyi bacarıb.

 

Xəbər xətti