"Lazımi nəticəni göstərə bilərik"
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Şkendiya" - "Neftçi" oyunu öncəsi təmsilçimizin baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, mütəxəssis nəyə əsasən favorit hesab edildiklərini anlamadığını bildirib.
- Sabah bizi çətin oyun gözləyir. Rəqibin heyətində Avropa səviyyəli oyunçular var. Bizi favorit hesab etmələrinin səbəbini bilmirəm. Şansları bərabər hesab edirəm.
- Rəhman Hacıyevin oyunu sizi qane edirmi?
- Bəli, tələb etdiklərimi ortaya qoyur.
- "Neftçi"nin mərhələ adlamaq şanslarını necə dəyərləndirirsiniz?
- Sabah var gücümüzü ortaya qoysaq, lazımi nəticəni göstərə bilərik.
- Komandanın hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Futbolçuların fiziki durumu məni qane edir. Ancaq hər şey meydanda həll olunacaq.
- İlk oyunda 5 müdafiəçiylə oynadınız. Sabah da eyni taktikadan yararlanacaqsınız?
- Ötən mövsümün sonunda da bu sistemdən yararlandıq. Ancaq "Şkendiya"ya qarşı cavab görüşündə buna ehtiyac duymayacam. (Futbolinfo.az)
saytlarin hazirlanmasi