"Admira"nın baş məşqçisi: "Rəqibin hücum futbolu oynayacağını gözləyirdim" MÜSAHİBƏ

22:14 - 20 İyul 2016

"Mərhələ adlamağa layiq idik"

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kəpəz” Mərdəkan qəsəbəsində yerlıəşən "Dalğa Arena”da Avstriyanın "Admira” komandasını qəbul edib. 
 
Sportal.az xəbər verir ki, qarşılaşma "Admira”nın 2-0 hesablı qələbəsiylə başa çatıb. Bununla da, "Kəpəz” Avropa Liqasında mübarizənı dayandırıb. 
 
Oyundan sonra keçirilən mətbuat konfransında "Admira”nın baş məşqçisi Oliver Lederer fikirlərini bölüşüb: 
 
 
"Kəpəz”ə uğurlar arzu edirəm. Bu gün çox yaxşı mübarizə apardıq. Fikrimcə, mərhələ adlamağa layiq idik. Rəqibə növbəti oyunlarda uğurlar arzu edirəm”.
 
- Demək olar ki, Bakıdakı oyun evdəki oyundan rahat oldu?
- Komanda 1 həftə əvvəlki sistemlə oynayırdı. Belə oyun gözləmirdim. Mən rəqibin hücum futbolu oynayacağını gözləyirdim. Ancaq belə olmadı. "Kəpəz” yalnız son dəqiqələrdə hücum etməyə başladı. 
 
- Rəqibin heyətində kimi fərqləndirə bilərsiniz?
- Komanda müdafiədə oynadığından kimisi dəyərləndirməkdə çətinlik çəkirəm. Müdafiəçilərdən Renanı fərqləndirmək istəyirəm. O, nəsə etməyə çalışırdı. 
 
- Səfərdəki oyunda Azərbaycan dilinə tərcüməçi yox idi. Sizə Bakıda yaradılan şəraitdən razısınız?
- Burada bizi çox yaxşı qarşıladılar. Gələn illərdə Bakıya gəlsək, çox sevinərik.

Xəbər xətti