"F91 Düdelanj"ın baş məşqçisi: "Mərhələ keçməməyimizə görə məyus deyiləm"

11:11 - 21 İyul 2016

"Futbolçularımla fəxr edirəm"
 
"Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Lüksemburqun "F91 Düdelanj” komandası ilə 1:1 hesablı heç-heçə edərək, iki oyunun nəticəsinə görə (3:1) III təsnifat mərhələsinə vəsiqəni təmin edib.
 
Sportal.az xəbər verir ki, "F91 Düdelanj" klubunun baş məşqçisi Dino Topmöller qarşılaşma haqda öz fikirlərini bildirib:
 
"Maraqlı və həyəcanlı bir matç keçdi. Mərhələ keçməməyimizə görə məyus deyiləm. Çünki mənim komandam çox güclü bir rəqibə qarşı mübarizə apardı. Oyunçularım yaxşı performans ortaya qoydular. Futbolçularımla fəxr edirəm. Bu oyun bizə çempionluq üçün ümid verdi".

Xəbər xətti