Sonq "Rubin"də
"Barselona"nın futbolçusu Aleks Sonq özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçisi karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Kamerunlu futbolçu Kazanın "Rubin" klubuna transfer olub.
Sonqun müqaviləsinin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Aleks Sonq son iki mövsümü icarə əsasında "Vest Hem Yunyted"də keçirib.
saytlarin hazirlanmasi