"Borussiya"dan növbəti transfer

15:15 - 21 İyul 2016

Qötse "Borussiya"ya qayıtdı
 
Yay transfer pəncərəsinin fəal klublarından biri olan "Borussiya" Dortmund növbəti transferini reallaşdırıb.
 
Sportal.az xəbər verir ki, Dortmund klubu "Bavariya"da çıxış edən sabiq futbolçusu Mario Qötseni heyətinə qatıb. 
 
24 yaşlı yarımmüdafiəçi "Borussiya" ilə 4 illik müqavilə imzalayacaq. Dortmund klubu bu transfer üçün "Bavariya"ya 26 milyon avro ödəyəcək. 
 
Qeyd edək ki, "Bavariya" Qötseni 2013-cü ildə "Borussiya"dan 37 milyon avro qarşılığında transfer etmişdi.
 
Əlavə edək ki, "Borussiya" Mark Bartra, Ousman Dembele, Əmrə Mor, Mikel Merino, Sebastian Rode və Rafael Querreronu da transfer edib.

Xəbər xətti