Veynaldumla 5 illik müqavilə imzalanıb
"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nyukasl"ın futbolçusu Georginyo Veynaldumu rənglərinə bağlayıb. Hollandiya milli komandasının üzvü ilə 5 illik müqavilə imzalanıb. Bu transferə görə "Liverpul" qarşı tərəfə 25 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Nyukasl" forması ilə meydana çıxdığı 38 matçda 11 dəfə rəqib qapılarına yol tapa bilib.
saytlarin hazirlanmasi