"Qalatasaray"ın futbolçusu: "Lill" növbəti mərhələyə vəsiqə qazanacaq"

18:18 - 21 İyul 2016

"Lill"in çıxışlarını təqib edirəm"

 

"Qalatasaray"ın futbolçusu Aurelian Çedju Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin potensial rəqibi olan "Lill"in rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi sabiq klubunun oyunlarını izlədiyini bildirib. O, Fransa təmsilçisinin avroliqada mərhələ adlayacağına inandığını deyib: "Lill"in çıxışlarını təqib edirəm. Bilirəm ki, Avropa Liqasında iki potensial rəqibləri var, "Qəbələ" və MTK Budapeşt. İnanıram ki, rəqiqin kim olmasından asılı olmayaraq "Lill" növbəti mərhələyə vəsiqə qazanacaq və qrup mərhələsində iştirak etmək üçün gözəl imkan əldə edəcək".

 

Qeyd edək ki, "Qəbələ" - MTK cütünün qalibi III təsnifat mərhələsində "Lill"in rəqibi olacaq.

Xəbər xətti