Bruno Akrapoviç "Neftçi" üzərində qazanılan qələbəni şərh etdi

01:09 - 22 İyul 2016

"Daha çox qol vura bilərdik"
 
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq mübarizə dayandırıb.
 
Sportal.az Makedoniya mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında "Şkendiya"nın baş məşqçisi Bruno Akrapoviç qələbəni şərh edib.
 
"Oyunçularımla fəxr edirəm. Mükəmməl oyun nümayiş etdirdik. Üzərlərində böyük təzyiq var idi. Daha çox qol vura bilərdik. Bəlkə də, futbolçularım həyəcanlı idilər. Amma əsas odur ki, istəyimizə nail olduq. Komandamızı yüksək səviyyəyə qaldırmaq istəyirik". 
 
Akrapoviç III təsnifat mərhələsindəki rəqibləri "Mlada" haqda da danışıb:
 
“Mlada”nın oyunlarına baxmamışdım. Çünki diqqətimzi bu oyuna cəmləmişdik. Artıq rəqibi təhlil edəcəyik. “Şkendiya” uğurlu çıxışına davam etmək niyyətindədir".

Xəbər xətti