Qomeş "Barselona"da
İspaniyanın "Barselona" klubu növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Valensiya"dan Portuqaliya millisinin üzvü olan Andre Qomeşi heyətinə qatıb. 22 yaşlı yarımmüdafiəçinin transferinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Andre Qomeş karyerası ərzində "Benfika” və "Valensiya” klublarında çıxış edib. Qomeş 2014-cü ildən Portuqaliya yığmasının şərəfini qoruyur.
saytlarin hazirlanmasi