Teo Uiks zirvəyə şərik oldu, Dabo "üçlük"də

13:58 - 22 İyul 2016

Uiks 5-ci qolunu vurdu
 
Avropa Liqasının II təsnifat mərhələsindən sonra statistik göstəricilər açıqlanıb.
 
Sportal.az UEFA-nın rəsmi saytına istinaən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Teo Uiks, İvan Triçkovski (AEK Larnaka) və Mirko Mariç ("Lokomotiv" Zaqreb) 5 qolla turnirin bombardiridir.
 
Ən çox assit edən futbolçular "Bröndbi"dən Andreu Hyulsaqer (5) v "Mitdyulland"dan Rasmus Nissendir (4). "Qəbələ"nin hücumçusu Baqali Dabo 3 məhsuldar ötürmə ilə 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti